Neft - Qaz quyularında Bərpa İşləri
Neft - Qaz quyularında Bərpa İşləriQuyuların ömrünü uzadan həllər
Neft və qaz quyularının bərpası və səmərəli istismarı

Neft quyularının
bərpa işləri

Müasir texnologiya və peşəkar komanda ilə mövcud quyuların istismar müddətini uzadır, istehsal həcmini artırır və əməliyyat xərclərini azaldırıq.

Sistemə daxil ol →
3+görülən təmir işi
7növ təmir işi
6mədəndə fəaliyyət
5peşəkar briqada
Haqqımızda

Saytımızda neft-qaz sahəsində aparılan bərpa, təmir və texniki xidmət işlərinin rəqəmsal hesabatı üçün hazırlanmış platformadır.

Sahədə gündəlik olaraq çoxlu məlumat yaranır: hansı işlər görülüb, hansı avadanlıq işləyib, nə qədər vaxt sərf olunub, harada və niyə boşdayanma yaranıb. Bu məlumatlar çox vaxt dağınıq qeydlərdə, kağız jurnallarda və müxtəlif fayllarda qalır. Nəticədə işin real vəziyyətini görmək, hesabat hazırlamaq və qərar vermək çətinləşir.

Platformanın əsas məqsədi sahədə görülən işləri ardıcıl şəkildə toplamaq, vahid sistemdə saxlamaq və istənilən vaxt lazım olan formada təqdim etməkdir. Hər bir iş bir neçə tərəfdən izlənilir: görülən əməliyyatlar, istifadə olunan avadanlıq, iş vaxtı və boşdayanmalar, məsul şəxslər və digər göstəricilər. Bu yanaşma rəhbərliyə və mütəxəssislərə sahədəki vəziyyəti aydın və şəffaf görməyə imkan verir.

Məqsədimiz: sahə məlumatlarını nizamlı, etibarlı və təhlil üçün hazır hala gətirmək, beləliklə işin səmərəliliyini artırmaq və itkiləri azaltmaq.

Xidmətlər
Əsaslı və Yeraltı təmir işlərinin hesabatı- Sahədə görülən bütün işlər tarix, obyekt, iş növü və icraçı üzrə ardıcıl qeydə alınır.
Avadanlığın izlənməsi- Hər işdə hansı avadanlığın istifadə olunduğu, onun iş rejimi və vəziyyəti qeyd olunur.
İş vaxtı və boşdayanmanın təhlili- Faktiki iş saatları, boşdayanma müddətləri və onların səbəbləri ayrıca hesabata alınır. Bu, itkiləri vaxtında aşkar etməyə kömək edir.
Cədvəl və hesabatların hazırlanması- Toplanmış məlumatlar əsasında iş, avadanlıq, vaxt, obyekt və ya dövr üzrə cədvəllər və hesabatlar çıxarmaq mümkündür.
Məlumatların sistemləşdirilməsi- Bütün məlumatlar vahid bazada saxlanılır. Quyu parametrləri, Təmir növləri, İşçi bazası, avadanlıq və material (məmulat) və s. istənilən məlumat tez tapılır.
Qərar qəbulu üçün dəstək- Dəqiq və vaxtında təqdim olunan göstəricilər planlaşdırmanı asanlaşdırır, resursların daha düzgün bölüşdürülməsinə şərait yaradır.
Layihələr
Layihə konkret obyektdə (quyu, qurğu, sahə və s.) müəyyən dövr ərzində aparılan bərpa, təmir və ya texniki xidmət işlərinin toplusudur.
Layihə açıldığı andan başa çatana qədər onunla bağlı bütün məlumatlar bir yerdə toplanır. Bu, işin gedişatını mərhələ-mərhələ izləməyə, nəticələri qiymətləndirməyə və əvvəlki layihələrlə müqayisə aparmağa imkan verir.
Ümumi məlumat; - Layihənin adı, obyekt, iş növü, başlama və bitmə tarixləri, məsul şəxslər və briqadalar.
Görülən işlər- Layihə çərçivəsində yerinə yetirilən əməliyyatlar gündəlik və ardıcıl şəkildə qeydə alınır.
Avadanlıq - Layihədə istifadə olunan avadanlığın siyahısı, iş müddəti və vəziyyəti.
İş vaxtı və boşdayanma - Faktiki iş saatları, boşdayanma halları, onların müddəti və səbəbləri.
Hesabatlar - Layihə üzrə yekun və aralıq cədvəllər, göstəricilər və hesabatlar.
Layihənin statusu - Hər layihənin cari vəziyyəti aydın göstərilir: planlaşdırılır, icra olunur, dayandırılıb və ya başa çatıb.
Layihələrin vahid sistemdə saxlanılması təcrübənin toplanmasına xidmət edir: əvvəlki işlərin nəticələri gələcək layihələrin planlaşdırılmasında, vaxt və resursların daha dəqiq hesablanmasında istifadə oluna bilər.
Əlaqə

Bizimlə əlaqə saxlayın

Layihəniz haqqında məlumat üçün formu doldurun, ya da birbaşa email/telefonla əlaqə saxlayın.